Gürcüstanda həbsdə saxlanılan keçmiş prezident Mixail Saakaşvilinin xəstəxanaya yerləşdirilməsi tövsiyə olunur.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Report informasiya agentliyinin Gürcüstan bürosunun xəbərinə görə, bunu ona baş çəkən həkimlərdən biri Zurab Pağava jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, siyasətçinin indiki durumu narahatlıq doğurmasa da, gələcək ağırlaşmaların qarşısını almaq üçün onun klinikaya yerləşdirilməsi məsləhət görülür: “Xəstəxanaya təcili yerləşdirilmə tələb olunmur. Ancaq Mixail Saakaşvilinin sağlamlıq durumunun həkimlərin nəzarəti altında saxlanılması məsləhət görülür. Onun vəziyyətində yaxın saatlarda, günlərdə ciddi ağırlaşmalar yarana bilər”.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidə 12 saylı həbsxanada saxlanılan keçmiş dövlət başçısı artıq 19-cu gündür aclıq aksiyası keçirir. Oktyabrın 13-də onun sağlamlıq durumunun dəyərləndirilməsi üçün müxtəlif profilli həkimlərdən ibarət qrup yaradılıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın