Fransanın xarici işlər naziri Jan İv Lö Drian cümə axşamı ukraynalı həmkarı Dmitro Kuleba ilə telefon danışığı aparıb və Parisin Kiyevə 300 milyon avro maliyyə yardımı ayırdığını bildirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Fransa Respublikası Xarici İşlər Nazirliyinin (XİN) yayımladığı bəyanatda deyilir.

“Nazir yaxın günlərdə Fransa prezidentinin (Emmanuel Makron) Ukrayna prezidenti (Volodimir) Zelenskiyə verdiyi öhdəliyə uyğun olaraq, 300 milyon avro maliyyə yardımı paketinin ayrılmasını təsdiqləyib”, – deyə Fransa XİN-in bəyanatında bildirilib.

Sənəddə qeyd olunub ki, Lö Drian və Kuleba Ukraynadakı müharibə kontekstində Fransanın tərəfdaşları ilə birlikdə bu ölkəyə verdiyi dəstəyi geniş müzakirə ediblər.

Fransa xarici işlər naziri həmsöhbətini əmin edib ki, Fransa tərəfi Rusiyaya sanksiya yükünün sərtləşdirilməsi istiqamətində Avropa Birliyi (AB) səviyyəsində çalışmalarını davam etdirəcək.

MƏNBƏFransa Respublikası Xarici İşlər Nazirliyi
Öncəki xəbərHüquqşünasla müsahibə: Azərbaycanda kişi hansı hallarda arvadını boşaya bilməz?
Sonrakı xəbərUkrayna Silahlı Qüvvələri: Rusiya qoşunları Kiyevə girə bilməyəcək
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın