ABŞ-ın keçmiş prezidenti Donald Trampın (Donald Trump) sərvəti ötən bir ildə 2,4 milyard dollardan 3 milyard dollara, yəni 25% artıb.
YALAN.info bildirir ki, bununla bağlı “Forbes” jurnalı xəbər verir.
Qeyd olunub ki, texnologiya sektorunda sahibkarlıq Trampın aktivlərinin artmasına az da olsa töhfə verib. “Forbes”in hesablamalarına görə, bu, ona kapitalını 430 milyon dollar artırmağa imkan verib.
Bununla bağlı eks-prezidentin 2021-ci ilin oktyabrında yaradıldığını elan etdiyi “TRUTH” sosial şəbəkəsindən bəhs edilir. Tətbiqi bu ilin fevralında yükləmək mümkün olub və indi Trampın orada 835 000 izləyicisi var ki, bu da onun Twiterdəki izləyicilərinin sayından 1 %-dən azdır.
2016-cı ildə “Forbes” Trampın sərvətini 3,7 milyard dollar, 2017-ci ildə 3,1 milyard dollar, 2020-ci ilin oktyabrında isə 2,5 milyard dollar qiymətləndirib.