Finlandiya Ukraynaya humanitar yardım və inkişaf sahəsində əməkdaşlıq üçün əlavə 29 milyon avro (52 milyon manat) ayırıb.

YALAN.info bildirir ki, bununla bağlı ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“İnsanların iztirablarını yüngülləşdirmək və müharibənin qızğın dövründə Ukraynaya kömək etmək üçün Finlandiya humanitar yardıma 15 milyon avro (26,9  milyon manat), inkişaf sahəsində əməkdaşlığa isə 14 milyon avro (25,1 milyon manat) ayıracaq”, – deyə məlumatda bildirilir.

Təqdim olunan 29 milyon avro hökumətin 2022-ci ildə Ukraynaya yardım üçün ayırdığı 70 milyon avroluq (125,7 milyon manat) əlavə maliyyənin bir hissəsidir. Bundan başqa, 2023-cü ilə Ukraynaya inkişaf sahəsində əməkdaşlıq vasitəsilə dəstək üçün 37 milyon avro (66,4 milyon manat) ayrılıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın