Eurovision Song Contest 2022 (ESC2022) mahnı yarışmasında Azərbaycanın təmsilçisi Nadir Rüstəmli “Fade to Black” mahnısını oxuyacaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı ESC yarışmasının rəsmi saytı məlumat verib.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı “The Sound of Beauty” (“Gözəlliyin səsi”) olan “Eurovision 2022” mahnı yarışmasının yarımfinal mərhələləri mayın 10 və 12-də, final mərhələsi isə mayın 14-də “Pala Olimpico”da baş tutacaq.

Yada salaq ki, builki yarışma sayca 67-ci olacaq. Azərbaycan Eurovision yarışmasına 2008-ci ildən qoşulmağa başlayıb. 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı ESC-yə “Running Scared” mahnısı ilə qoşulmuş Eldar Qasımov və Nigar Camal (Ell & Nikki) yarışmanın qalibi olmuşdu. Bundan sonra “Eurovision 2012” mahnı yarışması Azərbaycanın paytaxtı Bakıdakı “Kristal Zal”da (“Crystal Hall”) keçirildi.

https://www.youtube.com/watch?v=TGd1AFKR_-E
Nadir Rustamli – Fade To Black – Azerbaijan 🇦🇿 – Official Music Video – Eurovision 2022
MƏNBƏEurovision Song Contest
Öncəki xəbərRusiya XİN Baydenin Putini təhqir etdiyi üçün ABŞ-a nota verdi
Sonrakı xəbərZelenski bütün Ukraynalılara müraciət etdi: Azad insanlar, qulları qovun!
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın