ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümü münasibətilə Vaşinqtondan açıqlama verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı ABŞ-ın Azərbaycandakı Səfirliyi rəsmi Twitter hesabından video paylaşııb.

Sözügedən videoda ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson deyir: “Keçən il Azərbaycanda olarkən bizim birgə işimiz sayəsində əldə olunan uğurları gözdən keçirdim.

Biz Azərbaycanın iqtisadiyyatını şaxələndirməsi və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində olan çalışmalarını dəstəkləməyə davam edəcəyik”.

“Kabil hava limanının mühafizəsini təmin edən ölkələrin sırasında xidmətinə və ümumilikdə NATO-nun əməliyyatlarını dəstəklədiyinə görə Azərbaycana təşəkkürümüzü bildiririk” – deyə o, açıqlamasında vurğulayıb.

KİMErika Olson
MƏNBƏABŞ-ın Azərbaycandakı Səfirliyi
Öncəki xəbərCüdo üzrə Azərbaycan milli komandası Böyük Dəbilqə turnirində 34 ölkə arasında 2-ci yeri tutub
Sonrakı xəbərGürcüstan və Ermənistan: “Mehriban düşmən”lərin qatıq davası
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın