Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa Çempionatında (EMF EURO 2022) finala yüksəlib.

YALAN.info bildirir ki, Elşad Quliyevin baş məşqçi olduğu komanda yarımfinalda 2017-ci ilin qitə çempionu olmuş Qazaxıstanı mübarizədən kənarlaşdırmağı bacarıb.

Rəqib iki dəfə hesabda önə keçsə də, Bəxtiyar Soltanov 18-ci, Tural Nərimanov isə 26-cı dəqiqədə bərabərlik qollarını vurub. Oyunda son nöqtəni isə 32-ci dəqiqədə Samir Həmzəyev qoyub. Beləliklə, Azərbaycan millisi Avropa Çempionatında finala yüksəlməklə, tarixi uğura imza atıb. Finalda rəqib Bolqarıstan üzərində qələbə qazanmış Rumıniya olacaq.

Onu da bildirək ki, Azərbaycan millisi 1/4 finalda meydan sahibi Slovakiyaya 1:0, Qazaxıstan isə əsas vaxtı 1:1 hesablı heç-heçə ilə sonlanmış qarşılaşmada Macarıstanı penaltilərlə yenmişdi – 4:3.

Avropa Çempionatı 2022: Yarımfinal, Azərbaycan-Qazaxıstan: 3-2

Koşitse (Slovakiya), “Steel Arena” – 10 iyun, 20:30

Qollar: Bəxtiyar Soltanov, 18. Tural Nərimanov, 26. Samir Həmzəyev, 32 – Şaxrur Xaşimov, 9. Medet Kudaybergenov, 20

EMF EURO 2022: Azerbaijan 🇦🇿 vs Kazakhstan 🇰🇿 3:2 (1/2 Final, Full Match)

Minifutbol üzrə Avropa Çempionatının finalında Azərbaycan millisinin rəqibi Bolqarıstanla yarımfinal qarşılaşmasından 1:0 hesablı qələbə ilə ayrılan Rumıniya yığması olacaq. Oyun Bakı vaxtı ilə saat 00:15-də başlayacaq.

Öncəki xəbərCanni De Byazi: Heç kim deməmişdi ki, 1-ci yer uğrunda vuruşacağıq
Sonrakı xəbərMüharibə Araşdırmaları İnstitutu: Rusiya Ordusunun hücumları dar cəbhələrlə məhdudlaşır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın