AFFA-nın icraçı vitse-prezident Elxan Məmmədov İtaliyalı baş məşqçi Canni De Byazinin Azərbaycan Milli Komandası ilə bağlı səsləndirdiyi fikirlərində təhqiredici heç nə görmədiyini deyib.

YALAN.info bildirir ki, bununla bağlı Elxan Məmmədov Şamaxıdakı oyundan sonra jurnalistlərin sualına cavab verərkən danışıb.

“Təbii ki, baş məşqçi öz fikrini sərbəst ifadə bilər. Çox söhbətlər oldu, ancaq sonra səhv eləmirəmsə, italyan dilində deyilənlər təkzib edildi. Video yayımlandı, orada təhqiredici heç bir şey görmədik”, – deyə E.Məmmədov sualları cavablandırıb.

Yada salaq ki, İtaliyanın “TMW Radio” radio-stansiyasına müsahibə verən Canni de Byazi Azərbaycan Milli Komandasını “xarakersiz” və “qorxaq” adlandırılıb. Baş məşqçi daha sonrakı açıqlamasında sözlərinin ya düzgün tərcümə edilməməsi, ya da texniki qüsur ola biləcəyini söyləyib: “Ola bilər, hansısa texniki qüsur olub, ya da tərcümədə hansısa uyğunsuzluq baş verib”.

Elxan Məmmədov De Byazinin fikirlərində təhqiredici heç nə görmədi – YALAN.info
Öncəki xəbərPakistanda İmran Xanın on minlərlə tərəfdarı aksiya keçirir
Sonrakı xəbərAvstriya kansleri Karl Neqammer Ukraynanın paytaxtı Kiyevə səfərdə oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın