“US News” dərgisi dünyanın ən yaxşı universitetlərinin reytinqini yayımlayıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, dünyanın 60-da çox ölkəsinin ali təhsil ocaqlarının yer aldığı reytinq sıralamasına 100 balla ABŞ-ın Harvard Universiteti başçılıq edir.

Ardınca siyahıda 97,6 balla Massaçusets Texnologiya İnstitutu gəlir. İlk üçlüyü 93,8 balla daha bir ABŞ ali təhsil ocağı – Stenford Universiteti tamamlayır.

İngiltərənin dünyaca tanınmış Oksford Universiteti 87,6 balla beşinci, Kembric Universiteti isə (85,8 balla) yeddinci yerdə yerləşdirilib.

Reytinq cədvəli hazırlanarkən 13 meyar, o sıradan, təhsil ocaqlarının akademik uğurları və onların qlobal, ya da bölgədəki nüfuzu nəzərə alınıb.

Siyahıda toplam 1250 universitet yer alır. Türkiyədən siyahıya (toplam 27) Boğaziçi Universiteti (234-cü), İstanbul Texniki Universiteti  (367-ci), Ankara Universiteti (597-ci), İstanbul Universiteti (663-cü) və başqa adlı-sanlı ali təhsil ocaqları salınıb. 

Şimal qonşumuz Rusiyanın isə 14 universiteti reytinqdə yer alır. Ən yüksək göstəricisi olan M.V.Lomonosov adına Moskva Dövlət Universiteti 275-ci yerdə göstərilib.

Gürcüstandan siyahıya İvan Cavakaşvili adına Tbilisi Dövlət Universiteti düşüb (48,7 bal, 435-ci yer).

Öncəki xəbərEurovision Song Contest 2019 loqotipinin tanıtımı oldu
Sonrakı xəbərMehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın