Hollivud aktyoru və musiqiçisi Conni Depp (Johnny Depp) “Friends and Heroes” (Dostlar və Qəhrəmanlar) adlı debüt kolleksiyasından olan rəsm əsərlərini 3 milyon funt sterlinqə (6,2 milyon manat) satıb.

YALAN.info bildirir ki, əsərlər Böyük Britaniyanın “Castle Fine Art” onlayn mağazasında satılıb.

İlk kolleksiyaya aktyorun qravürləri daxil olub. Bunlar müğənni Bob Dilanın, aktyor Al Paçinonun, aktrisa Elizabet Teylorun və “The Rolling Stones” qrupunun gitaraçısı Keyt Riçardsın portretləridir. Depp bu insanların onu ilhamlandırdığını deyib. Kolleksiyaya toplam 780 art-print daxil olub, onlar da bir neçə saat ərzində satılıb.

Depp öz rəsmlərini satması haqqında danışaraq dedi: “Mən həmişə sənətdən duyğularımı ifadə etmək və mənim üçün ən doğma olanlar, məsələn, ailəm, dostlarım və heyran olduğum insanlar haqqında düşünmək üçün istifadə etmişəm. Rəsmlərim mənim həyatımı əhatə edir, ancaq mən onları özümdə saxladım və özümü məhdudlaşdırdım. Heç kim heç vaxt özünü məhdudlaşdırmamalıdır”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın