“Çin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı xarici KİV-ə istinadən bildirir ki, bunu Çin Xalq Respublikasının xarici işlər naziri Van İ Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

“Hər bir ölkənin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü qorunmalıdır. Çünki bu, beynəlxalq münasibətlərin əsas normasıdır. Ukrayna da istisna deyil. Çin hökumətinin ötən həftə açıqladığı sənəddə biz hamının suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyimizi təkrar edirik. Kimsə Çinin mövqeyini şübhə altına almaq istəyirsə, bu, vəziyyəti şişirtmək və ölkəmizin mövqeyini təhrif etmək demək olacaq”, – Çinin baş diplomatı vurğulayıb.

MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərGürcüstan və Ermənistan: “Mehriban düşmən”lərin qatıq davası
Sonrakı xəbərVolodomir Zelenski Vladimir Putinlə görüşmək istədiyini bildirdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın