10 noyabr 2021-ci il tarixində YUNESKO-nun Baş Konfransında iştirak məqsədi ilə Parisə səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Bris Rökföy və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Görüşlərdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.

Görüşlərdə bölgədə yaranmış yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın münaqişə sonrası durumla bağlı mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

MƏNBƏAzərbaycan Respublikası Xarici İşlər Nazirliyi
Öncəki xəbərLaçında təxribat törətməyə çalışan Ermənistan Ordusu iflasa uğradı
Sonrakı xəbərBitkoinin qiyməti bahalaşaraq yeni rekordlar vurmağa davam edir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın