Beynəlxalq qurumların müraciətlərini nəzərə alaraq Dağlıq Qarabağ bölgəsində humanitar atəşkəsin təmin edilməsi məsələsinə Moskvada Azərbaycanın, Rusiyanın və Ermənistanın Xarici İşlər nazirlərinin görüşündə baxıldı. 10 gündən artıq davam edən döyüşlərdə itkilər olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

“Müasir dünyada hərbi əməliyyatların aparılmasının normaları var. Ötən günlər ərzində Vladimir Putin bu məsələ ilə bağlı çıxış etmişdir. Azərbaycan Respublikasının prezidenti ilə danışıqlar əsasında ötən gün görüş keçirildi və belə bir bəyanat hazırlandı. Nəzərə alındı ki, əsas məsələ humanitar atəşkəs zamanı həlak olan hərbçilərin döyüş meydanından çıxarılması və onların uyğun olaraq tərəflər arasında dəyişdirilməsidir.

Bu məsələ ilə bağlı koordinasiya Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzərinə qoyulub. Lakin bu əməliyyatların başlanılmasına hələ ki şərait yaradılmayıb. Ermənistanın riyakarlığı yenidən özünü göstərdi. Düşmən bir neçə istiqamətdə növbəti dəfə hücum əməliyyatı göstərməyə cəhd edib. Lakin bunların qarşısı alınıb və düşmən layiqincə yerinə oturdulub”, – deyə C.Bayramov bildirib.

Öncəki xəbər“Humanitar yardım” adı altında Rusiyadan Ermənistana raket sistemləri daşınır
Sonrakı xəbərAZƏRTAC beynəlxalq xəbər agentlikləri qurumlarının üzvü olan agentliklərə müraciət etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın