BMT Baş Assambleyası Ukraynanın işğal altındakı Donetks, Luqansk, həmçinin Xerson və Zaporojye vilayətlərində keçirilən qanunsuz referendumları pisləyən qətnamə qəbul edib.

YALAN.info bildirir ki, Birləşmiş Millətlər Təşkilatının qətnaməsində Rusiyadan ərazilərin “ilhaq bəyannaməsi”nə yenidən baxılması tələbi yer alır.

Qətnaməni 143 ölkə dəstəkləyib, 5-i əleyhinə çıxıb, 35 dövlət isə səsvermədə iştirak etməyib. Qətnamənin əleyhinə səs vermiş ölkələr – Belarus, Şimali Koreya, Nikaraqua, Suriya və Rusiya olub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın