Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ukraynanın Donbas vilayətində təcili hərbi əməliyyatlar keçirməklə bağlı xalqına müraciət edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Putinin sözlərinə görə, indiki durum Rusiyadan bu addımı atmağı tələb edir.

Vladimir Putin Rusiya xalqına müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb: “Ukraynadakı duruma kənardan müdaxilə olarsa, Rusiya dərhal cavab verəcək. Əminəm ki, rus hərbçiləri öz vəzifələrini peşəkarcasına və cəsarətlə yerinə yetirəcəklər”.

Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. O qeyd edib ki, Rusiya Federasiyasının planlarına Ukraynanın işğalı daxil deyil: “Ukrayna hərbçilərinə müraciət etməliyəm: Siz xalqa and içdiniz. Sizi dərhal silahlarınızı yerə qoymağa çağırıram”.

Обращение Путина к народу России по ситуации на Донбассе

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın