BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) icraçı direktoru Devid Bizli “SpaceX” və “Tesla” şirkətlərinin təsisçisi İlon Maskdan (Elon Musk) dünyada aclıqla mübarizə üçün 6 milyard dollar vəsait istəyib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Devid Bizli öz “Twitter” səhifəsində müraciət ünvanlayıb.

Direktorun sözlərinə görə, 2021-ci ildə dünyada 42 milyon insan aclıq həddində yaşayır: “COVID-19 qlobal böhranı ilə yaranan duruma reaksiya göstəməsək, bizi aclıq, ölkələrdə durumun destabilizasiyası və kütləvi miqrasiya gözləyir. İlon Mask, siz təkcə ötən gün 6 milyard dollar qazanmısınız. Bu vəsait fəlakətin qarşısını almaq üçün yetərlidir”.

Qeyd edək ki, İ.Mask 243 milyard dollar sərvətlə dünyanın ən varlı şəxsi sayılır.

Öncəki xəbərArmen Aşotyan: Erməni dövləti yoxdur, çünki millət deyilik
Sonrakı xəbərMüdafiə naziri Zakir Həsənov yeni yaradılan komando hərbi hissəsində olub
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın