BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Rusiyanın Ukraynada fevralın 24-də başlatdığı “xüsusi hərbi əməliyyatı” dərhal dayandırmasını tələb edən qərar qəbul edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, məhkəmənin qərarında vurğulanıb ki, hər iki tərəf münaqişəni gərginləşdirən, ya da uzadan, onun həllinə mane olan hər hansı hərəkətdən çəkinməlidir:

  • Rusiya Federasiyası Ukrayna ərazisində fevralın 24-də başlatdığı müharibəni dərhal dayandırmalıdır;
  • Hər hansı hərbi və ya nizami silahlı birləşmələr, eləcə də Rusiyanın nəzarətində olan başqa qurumlar, ya da şəxslər təcavüzü davam etdirmək üçün addım ata bilməzlər.

Yada salaq ki, fevralın 27-də Haaqa Beynəlxalq Məhkəməsində Ukrayna tərəfindən Rusiyaya qarşı iddia qaldırılıb. İddia üzrə məhkəmə iclasları martın 7-8-də keçirilib.

MƏNBƏTASS
Öncəki xəbərZelenski: Ukrayna Silahlı Qüvvələri 2000 rusiyalı hərbçini əsir götürüb
Sonrakı xəbərABŞ Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardım ayırdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın