Birləşmiş Millətlər Təşkilatının (BMT) ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Ermənistanın Azərbaycana qarşı üç məsələ üzrə iddiasını təmin etməyib. Bununla yanaşı, BƏM Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməsinə dair qərar verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Beynəlxalq Ədalət Məhkəməsi dünən Azərbaycanın ErmənistanaErmənistanın Azərbaycana qarşı iddiaları əsasında qərarlar qəbul edib.

Qəbul olunmuş qərarda söhbət, Ermənistandakı bir sıra qruplarla yanaşı muzdlulara təlim keçirilməsini təşkil edən VOMA (Voxj Mnalu Arvest – “Sağ qalmaq sənəti”) kimi təşkilatlardan da gedir. Bu qərarla Ermənistan bu cür təşkilatların da fəaliyyətini dayandırmalıdır.

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını” təmin etməyib. Məhkəmədə, həmçinin Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da təmin edilməyib. Eyni zamanda, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da təmin olunmayıb.

Bu 3 məsələ üzrə ermənilərin iddiasının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır.

Həmçinin məhkəmə hər iki tərəfi durumun pisləşməsinə gətirə biləcək istənilən addımlardan çəkinməyə çağırıb.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılması”, Hərbi Qənimətlər Parkının bağlanması və Azərbaycan tərəfindən guya törədilmiş müharibə cinayətlərinin araşdırılmasına dair iddiaları təmin etməyib.

Ermənistan sentyabrın 16-da BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edərək Azərbaycanın guya ermənilərə qarşı irqi ayrı-seçkilik etməsinə görə iddia qaldırmışdı. Bundan bir həftə sonra isə Azərbaycan qarşılıqlı iddia ərizəsini Haaqadakı məhkəməyə tədim etdi.

MƏNBƏBeynəlxalq Ədalət Məhkəməsi
Öncəki xəbərCanni De Byazi yalan danışanları ifşa etdi: İndi məqsədlər haqqında danışa bilmərik
Sonrakı xəbərAzərbaycan Ordusunun Baş Qərargah rəisi Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın