ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynaya hücum edəcəyi ilə bağlı Ukrayna lideri Volodimir Zelenskiyə xəbərdarlıq edib.

YALAN.info bildirir ki, bununla bağlı Bayden Los-Ancelesdə çıxışı zamanı məlumat verib.

Amerika lideri işğaldan əvvəl ABŞ Zelenskini inandırmaq üçün kəşfiyyat məlumatlarını onlarla paylaşdığını desə də, Zelenskinin inanmadığını bildirib. ABŞ prezidenti qeyd edib ki, ukraynalı lider onun işğalla bağlı sözlərinin panikaya səbəb olacağını düşünüb və o qədər də ciddi qəbul etməyib.

“İkinci dünya müharibəsindən bu yana belə bir şey yaşanmayıb. Bir çox insanın hadisələri qabartdığımı düşünüdüyünü bilirəm. Heç şübhə yox idi və Zelenski bunu eşitmək istəmədi”, – Bayden söyləyib.

Yada salaq ki, Rusiya Ukraynaya hücumu bu il fevralın 24-də başlayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın