“Rusiya Ukraynada kimyəvi silahlardan istifadə etsə, ABŞ cavab verəcək”.

YALAN.info bildirir ki, bunu ABŞ Prezidenti Cozef Bayden NATO ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə baş tutan fövqəladə toplantısından sonra keçirdiyi mətbuat konfransında deyib.

“Kimyəvi silahlardan istifadə olunarsa, lazımi cavablar verilir. Bizim cavabımız hücumdan asılıdır”, – Cozef Bayden bildirib.

Bayden Ukraynadakı hadisələrlə bağlı ərzaq böhranı təhlükəsi barədə danışıb.

“Ukraynada gedən müharibə fonunda ərzaq qıtlığı təhlükəsi realdır. Biz ərzaq çatışmazlığı ilə bağlı narahatlığı aradan qaldırmaq üçün çalışırıq”, – ABŞ Prezidenti vurğulayıb.

Amerika lideri, həmçinin Çin Prezidenti Si Cinpini Rusiyanın dəstəkləyəcəyi halda yarana biləcək fəsadlar barədə məlumatlandırdığını qeyd edib:

“Rusiyaya qarşı sanksiyalar ilboyu davam etməlidir. Yalnız bu şəkildə Putin dayana bilər. Dünya bu insanın nə qədər kobud olduğuna diqqət yetirir. Əgər siz Putinsinizsə və Avropanın dağılacağını düşünürsünüzsə, bu müharibə daha bir ay çəkə bilər. Biz qətiyyət nümayiş etdirməliyik”.

Öncəki xəbərStoltenberq: NATO Çin və Belarusa xəbərdarlıq edib
Sonrakı xəbərZelenski G7 liderlərini Rusiyaya qarşı sanksiyarı gücləndirməyə çağırdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın