Növbəti onillik dünya nizamının necə olacağını müəyyənləşdirməkdə həlledici rol oynayacaq.

YALAN.info bildirir ki, bu fikri ABŞ prezidenti Co Bayden Annapolisdəki (Merilend) ABŞ Hərbi Dəniz Akademiyasının məzunları qarşısındakı çıxışı zamanı deyib.

O, ABŞ-ın Rusiyaya qarşı sanksiyalarından və Rusiya-Ukrayna müharibəsindən də danışıb: “Putin təkcə Ukraynanı ələ keçirmək istəmir, o, həqiqətən də Ukrayna xalqının mədəniyyətini və kimliyini məhv etmək istəyir. Onun məktəbləri, qocalar evlərini, xəstəxanaları, muzeyləri hədəf almasının başqa heç bir səbəbi yoxdur…”

“Putin Avropa ölkələrini Finlandiyalaşdıraraq neytrallaşdırmaq istəyirdi. Ancaq bunun əvəzində hamısını NATOlaşdırdı”, – deyə Birləşmiş Ştatların dövlət başçısı vurğulayıb.

Baydenin çıxışında Rusiyaya qarşı sanksiyalarda ABŞ-a dəstək verən Asiya ölkələrini sayarkən “Cənubi Koreya” əvəzinə “Şimali Koreya” deməsi də diqqətdən yayınmayıb: “Kimsə düşünə bilərmi ki, mən Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağıranda, bu, NATO-dan başqa, Avstraliya, Yaponiya, Şimali Koreya və bəzi ASEAN (Association of Southeast Asian Nations) ölkələri tərəfindən dəstəklənəcək?”

MƏNBƏTRT Haber
Öncəki xəbərYens Stoltenberq: Finlandiya və İsveç Türkiyənin tələblərini yerinə yetirməlidir
Sonrakı xəbərZəngilanda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılışdan fotosessiya
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın