Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 564 yeni yoluxma faktı qeydə alınıb, 1 004 nəfər müalicə olunaraq sağalıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə toplamda 647 073 nəfərin koronavirus infeksiyasına yoluxması faktı aşkarlanıb, onlardan 621 186 nəfər müalicə olunaraq sağalıb, 8 683 nəfər vəfat edib. İndi ölkədə 17 204 nəfər aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 445, bu günə qədər isə toplam 6 119 861 test yerinə yetirilib.

Azərbaycanda koronavirusla (COVID-19) bağlı son durum
Azərbaycanda koronavirusa (COVID-19) qarşı peyvəndləmə ilə bağlı son durum

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın