Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər, o cümlədən yanğınsöndürmə qüvvələrinin peşəkar və fədakar fəaliyyəti sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ümumilikdə təqribən 5 000 kv.m sahədə baş vermiş yanğın 4 000 kv.m sahədə söndürülüb, qalan hissənin söndürülməsi və soyutma işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

FHN Mətbuat xidmətinin məlumatı (video)
MƏNBƏAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
Öncəki xəbərBMT Baş katibi: Ukraynada müharibə Rusiya istəyəndə bitəcək
Sonrakı xəbərErmənistanda əsgər hərbçi yoldaşı tərəfindən güllələnib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın