Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan ölkəmizin erməni vətəndaşlarına müraciət edərək bildirir ki, Azərbaycan Ordusu dinc əhalini, mülki obyektləri və infrastrukturu hədəfə almır.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun hədəfi işğal olunmuş ərazilərimizdəki atəş mövqeləri, hərbi obyektlər və hərbi infrastrukturdur. Bununla əlaqədar həmin ərazilərdə məskunlaşan mülki əhali döyüşlər gedən bölgələrdən uzaq durmağa çağırılır.

Bildirilir ki, onların ağır döyüşlərdən ziyan çəkməməsi və ərazidən maneəsiz təxliyyəsi üçün müvafiq şərait yaradılacaq. Mülki əhali ilə Cenevrə Konvensiyasının tələblərinə uyğun rəftar olunacaq və onların insan hüquqları qorunacaq.

Öncəki xəbərAzərbaycan Prezidenti İlham Əliyev: Cəbrayıl azad olundu!
Sonrakı xəbərAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın