Dünya şöhrətli fotoqraf Reza Deqati Azərbaycanda dini tolerantlığın nümayişindən heyranlığını bildirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, o, özünün “Twitter” hesabından müxtəlif dini icma nümayəndələrinin Bakıdakı “Şəhidlər Xiyabanı”nda “Əbədi məşəl”in yanında bir yerdə fotosunu paylaşıb.

“İndi birlikdə sülhü inşa etməyin vaxtı gəldi. Azərbaycanda xristian, müsəlman və yəhudi icmaları birlikdə dinc şəkildə yaşayırlar. Bu hekayələr, qarşılıqlı hörməti bölüşmək arzusu ilə hərəkət edən müxtəlif dini qrupların inanılmaz assimilyasiyasına işıq tutur”, – deyə şəklin şərhində vurğulayıb.

Reza Deqati Azərbaycanda dini tolerantlıqla bağlı daha bir paylaşım etdi

Dünya şöhrətli fotoqraf Reza Deqati Azərbaycanda dini tolerantlıqla bağlı daha bir foto paylaşıb.

Görüntülərdə Qubanın ən görkəmli müsəlman xadimlərindən birinin yəhudilərin Pesah bayramına hörmətini göstərmək üçün Dağ Yəhudi icmasının iki lideri – Boris Simanduyev və Pisax İsakovla bir süfrə arxasında fotosunu paylaşıb.

O, Qubanın Qırmızı qəsəbəsinin dünyada İsraildən sonra yəhudilərin yığcam yaşadığı tək yer hesab olunduğunu vurğulayıb.

Öncəki xəbərGünahsız əfqanları öldürən avstraliyalı hərbçilər mühakimə ediləcək
Sonrakı xəbərQarakənd terrorundan 29 il ötür: Vertolyotun göyərtəsindəki 22 nəfər həlak olub
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın