Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlılarının keçmiş komandanı general-leytenant Rüstəm Muradovun olduğu təyyarə 5 erməni döyüşçü ilə birlikdə Bakıdan İrəvana yola düşüb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Caliber.az informasiya və analitik portalında məlumat paylaşılıb. Məlumata görə, R.Muradov Azərbaycanın güc strukturları tərəfindən saxlanılan beş erməni döyüşçünü ölkələrinə aparıb.

Caliber-in bildirdiyinə görə, söhbət Azərbaycan Ordusu və əhalisinə qarşı ağır cinayətlərdə əli olmayan sıravi erməni əsgərlərindən gedir:

“Onlardan bəziləri 27 may 2021-ci ildə Azərbaycan ərazisinə daxil olmağa çalışarkən Kəlbəcərdə saxlanılan diversiya qrupunun üzvləridir. Onların belə tezliklə buraxılması, heç şübhəsiz ki, Azərbaycan tərəfinin növbəti humanist addımıdır. Hərçənd, onlara daha ağır cəza verilə bilərdi. Ümumilikdə, hadisəyə Azərbaycan və Ermənistan arasında cərəyan edən siyasi proseslərin tərkib hissəsi kimi yanaşmaq daha düzgün olardı”.

Artıq qaytarılan erməni döyüşçülərin adları açıqlanıb. Bunlar Mels Ambardanyan, Rafik Karapetyan, Jora Manukyan, Ovsep Manukyan və Sedrak Soqomonyandır.

Öncəki xəbərHəkimlər Mixail Saakaşvilini xəstəxanaya yerləşdirməyi tövsiyə edir
Sonrakı xəbərİsrail İrana hücum hazırlıqları üçün 1,5 milyard dollar büdcə ayırdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın