Antalya şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO Baş katibi Yens Stoltenberq arasında görüş olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Anadolu” agentliyi məlumat verib.

Danışıqlar Türkiyənin kurort şəhəri Antalyada keçirilən II Diplomatik Forum çərçivəsində aparılıb. Bağlı qapılar arxasında keçirilən görüş 35 dəqiqə davam edib.

Görüşdə Türkiyənin vitse-prezidenti Fuat Oktay, xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın və Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik iştirak ediblər.

Onu da bildirək ki, Antalya Diplomatiya Forumu (ADF) Türkiyə Prezidentinin himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunub.

Ərdoğan Antalya Diplomatik Forumu çərçivəsində Stoltenberqlə görüşdü
KİMZafer Fatih Beyaz
MƏNBƏAnadolu Agentliyi
Öncəki xəbərKuleba: Mariupolda 12 gündə 1 582 dinc sakin ölüb
Sonrakı xəbərYouTube video-hostinq şirkəti Rusiya mediasının kanallarını bloklayır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın