Quru Qoşunlarının 2022-ci tədris ilinin hazırlıq planına uyğun olaraq “Ən yaxşı SPQ-9 və AQS-17 (AQS-30) heyəti” adı uğrunda yarışlar keçirilib.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Atışdan öncə hərbi qulluqçuların nəzəri bilikləri yoxlanılıb, fiziki hazırlıq, taktiki hazırlıq və mühəndis hazırlığı üzrə normativlər qəbul olunub.

6 mərhələ üzrə keçirilən yarışda heyətlər tank əleyhinə dəzgahlı qumbaraatanlardan şərti düşmənin müxtəlif hədəflərini məhvetmə, həmçinin dəzgahlı avtomatik qumbaraatanlardan yarımdüzünə tuşlama ilə yerindən atəş üzrə təlim atış çalışmalarında öz bacarıqlarını nümayiş etdiriblər.

Yarışın keçirilməsində əsas məqsəd şəxsi heyətin hazırlıq səviyyəsinin yoxlanılması və praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də döyüş hazırlığı üzrə fərqlənən hərbi qulluqçuların mükafatlandırılmasıdır.

“Ən yaxşı qumbaraatan heyəti” adı uğrunda yarışlar keçirilib
MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbərAzərbaycan Prezidenti İlham Əliyev Füzuli və Şuşaya səfər edib
Sonrakı xəbərİlham Əliyev Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında çıxış edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın