Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk yad edildi

Noyabrın 10-da Türkiyədə Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün vəfatının 80 illiyi münasibətilə tədbirlər keçirilib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı “Anadolu” agentliyinə istinadən bildirir ki, 1938-ci il noyabrın 10-da Türkiyə öz qurucusu və ilk prezidentini itirib.

O gündən noyabrın 10-da səhər saat 09:00-da ölkədə beş dəqiqəlik sükut elan edilir.

Türkiyənin müstəqilliyi uğrunda milli qurtuluş savaşına başçılıq edən Atatürk yeni dövlət qurub, bir sıra siyasi, sosial və mədəni islahatlar həyata keçirib. Türkiyə Böyük Millət Məclisinin sədri, daha sonra ölkə prezidenti kimi o, həm Türkiyədə, həm də ölkənin hüdudlarından kənarda böyük  sevgi və ehtiram görüb.

Bu münasibətlə Türkiyə Respublikasının prezidenti Rəcəb Təyyub Ərdoğan, nazirlər, müxalifət liderləri və ictimaiyyət nümayəndələri çağdaş Türkiyənin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət ediblər.

R.T.Ərdoğan məqbərənin qarşısına ay-ulduzlu çələng qoyub.

İstanbulda Taksim meydanında minlərlə insan toplaşaraq Türkiyə himnini oxuyub, millət atasının abidəsi önünə çiçək dəstələri qoyublar.

1 dakika: istanbul’da 10 kasım 9:05

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir