Ukrayna Prezidenti Volodimir Zelenski Donbasda hələlik tammiqyaslı döyüşlərin başladığına əmin olmadığını bildirib.

YALAN.info bildirir ki, dövlət başçısının sözlərinə görə, Ukrayna tərəfi Rusiya Ordusunun necə fəaliyyət göstərdiyini bilir.

“Onlar arxalarınca şəhər saxlamırlar. Onlar kiçik şəhərləri işğal etmirlər, onlar sadəcə olaraq oranı tamamilə məhv edirlər. Orada heç nə saxlamırlar”, – deyə V.Zelenski qeyd edib.

Prezident Rusiya ordusu tərəfindən dağıdılan Volnovaxa şəhərini misal çəkib:

“Onlar bütün binaları dağıdıblar. Sadəcə hər şey məhv edilib. Bu günə olan məlumata görə, orada bir nəfər də olsun insan yoxdur. Ola bilsin ki, dağıntılar altında başqa kimlərsə qalsın, ancaq bizdə olan məlumatlara görə, orada heç bir sakin yoxdur. Volnovaxa şəhəri var idi, indi isə o yoxdur. Onlar belə fəaliyyət göstərirlər”.

V.Zelenski bildirib ki, ona Rubejnoe şəhəri və bir neçə başqa yaşayış məntəqəsi uğrunda gedən böyük döyüşlər barədə məlumat verilib. Prezident əlavə edib ki, indi Ukrayna tərəfi Rusiyanın kimyəvi silahdan istifadə edib-etmədiyini yoxlayır. 

Rusiyalı hərbçilər Ukraynada yaşayış binalarını necə məhv etdiklərini çəkdilər

Rusiyalı hərbçilər Ukraynada növbəti dəfə yaşayış binalarını atəşə tutublar. Maraqlı burasıdır ki, sosial şəbəkədə faktı təsdiqləyən videoların bir çoxunun müəllifi də məhz Rusiya hərbçilərinin özləri olublar.

Kadrlarda Rusiya tankları xarabalığa çevrilmiş şəhərlərdə bir çox yaşayış binasına atəş açır. Dağılmış binalar tank mərmilərinin zərbəsi ilə məhv edilir.

Рашистские выродки в упор из танка расстреливают дома мирных украинцев
Мариуполь орк с танка расстреливает жилой дом
🔴 Война на Украине – Российский танк обстрелял жилой дом •Чуть не попал в человека, снимавшего видео
Русский танк стреляет по жилым домам в Мариуполе
Öncəki xəbər“Güllələnmiş heykəllər”in alınaraq Azərbaycana qaytarılmasına 500 min dollar xərclənib
Sonrakı xəbərAzərbaycan Prezidenti İlham Əliyev Füzuli və Şuşaya səfər edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın