Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə xalqa müraciət edib.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Zelenski Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa çağırıb.
“Növbəti dəfə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət edirəm. Bütün Ukrayna ərazisində döyüşlər gedir. İnsanların ölümünü dayandırmaq üçün, gəlin danışıqlar masasına oturaq”, – Volodimir Zelenski bildirib.