Zamiq Hüseynovun 7 yanvar 2022-ci ildə Heydər Əliyev Sarayında baş tutacaq “Var ol” adlı musiqili gecəsi şəhid və qazi ailələrinə həsr olunacaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri müğənni Zamiq Hüseynov yanvarın 7-də verəcəyi konserti ilə bağlı açıqlamasında deyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək konsertdə əsasən şəhid və qazi ailələri dəvətli qismində yer alacaq. Satışa çıxarılan biletlərdən əldə olunacaq vəsait isə “Yaşat” fonduna ianə ediləcək.

Sənətçi biletlərin tez satılıb bitdiyini, dostlarına belə dəvətnamə verə bilmədiyini söyləyib: “Konsertin məqsədi əvvəldən bilinir. Bilet satışa çıxarılan gündən 2 saata bitdi. Kimsə, hətta dostlarım belə bilet üçün mənə zəng etməsin. Mən tamamilə kənara çəkildim, anonslardan da hər şey bilinir. Öz yaxınlarıma bilet almaq istədim, bitmişdi artıq, təsəvvür edin. Vəziyyət düzələndə söz verdiyim kimi 2-3 gün silsilə konsert verməyi düşünürəm”.

Müğənni konsertin maraqla qarşılanacağına əmindir: “Gecənin aparıcısı Leyla Quliyevadır. Hamı “Darıxdım” duetimizi çox bəyəndi, əgər alınarsa, onu birgə oxuyacağıq. Elşad Xose, Röya Ayxanla da duetimiz ola bilər. Ancaq bilinmir hələ…”.

Öncəki xəbərNikol Paşinyanın sülh və barışıqdan başqa çıxış yolu yoxdur
Sonrakı xəbərErmənilər Ağdamda atəş açaraq Bakcell-in əməkdaşını yaralayıblar
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın