“Bu gün NATO liderləri Ukraynaya daha çox dəstək vermək barədə qərar qəbul edib”.

YALAN.info bildirir ki, bunu Şimali Atlantika Alyansının (NATO) Baş katibi Yens Stoltenberq quruma üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə baş tutan fövqəladə toplantısından sonra keçirdiyi mətbuat konfransında deyib.

“Müttəfiqlərin çəkindiricilik və müdafiə fəaliyyətləri davam edəcək. Alyansın Şərq cinahında daha çox təyyarəmiz olacaq. Həmçinin kibertəhlükəsizliyimizi gücləndirəcəyik. Ukrayna Prezidenti Volodimir Zelenskinin çıxışı da çox önəmli idi” , – o bildirib.

Onu da bildirək ki, bu gün Brüsseldə keçirilən toplantıda NATO Baş katibi Yens Stoltenberqin səlahiyyət müddətinin 1 il uzadılması qərarı qəbul olunub. Bununla bağlı o, öz Twitter səhifəsində yazıb.

“NATO dövlət və hökumət başçılarının Baş katiblik müddətimizi 2023-cü il sentyabrın 30-dək uzatmaq qərarına görə şərəf duyuram. Biz ciddi böhranla üzləşmişik. Ona görə də Alyansımızı güclü saxlamalı və xalqımızın təhlükəsizliyini qorumaq naminə birləşmişik”, – Y.Stoltenberq bildirib.

Yada salaq ki, 1959-cu il doğumlu Y.Stoltenberq 2014-cü ildən NATO-ya rəhbərlik edir. Onun mandatı 2017-2019-cu illərdə 2 dəfə uzadılıb. Norveçli diplomatın NATO Baş katibi kimi səlahiyyət müddəti 2022-ci ilin sentyabrın 30-da başa çatırdı.

KİMKənan Novruzov
MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərMüdafiə Nazirliyi: Erməni mənbələrinin xəbərləri yalandır
Sonrakı xəbərBMT Baş Assambleyası Ukrayna ilə bağlı qətnamə qəbul edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın