Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə ölkənin Milli Təhlükəsizlik Şurasının toplantısı keçirilib.

YALAN.info bildirir ki, dörd saat davam edən toplantıdan sonra Türkiyə TŞ yazılı açıqlama yayıb.

Açıqlamada toplantının başlıca mövzusunun Yunanıstanın təxribat xarakterli addımları ilə bağlı olduğu bildirilib.

“Beynəlxalq hüquq və müqavilələrdən irəli gələn öhdəliklərinə əməl etmək çağırışlarımıza baxmayaraq, qeyri-qanuni tətbiqlərindən əl çəkməyən Yunanıstanın xüsusözəlliklə də bu günlərdəki təxribat xarakterli hərəkətləri təfərrüatı ilə müzakirə olunub”, – sənəddə vurğulanıb. Qeyd olunub ki, “millətimizin hüquq və mənafeləri qanun çərçivəsində qorunacaq”.

Həmçinin, toplantıda terror təşkilatlarına qarşı ölkə daxilində və xaricində həyata keçirilə biləcək tədbirlər ətrafında müzakirələr aparılıb. Bununla yanaşı, açıqlamada bütün ölkələrə Şimali Kipir Türk Cumhuriyyətinin müstəqilliyini tanımağa çağırış edilib və Kipr türklərinin hüquqlarının bundan sonra da müdafiə olunacağı bildirilib.

“ABŞ-ın Kipr respublikasına qarşı silah embarqosunu ləğv etmə qərarı müzakirə edildi. Şərqi Aralıq dənizində sülh və sabitliyə mənfi təsir göstərəcək bu qərardan geri dönməyə çağırışı edilib”, – deyə sənəddə qeyd olunub.

Bundan başqa, toplantıdan sonra Şura tərəfindən yayılan bəyanatda Ermənistanın Azərbaycana qarşı təxribat xarakterli hərəkətləri pislənilib. “Ermənistan administrasiyasına ona verilən sülh fürsətindən istifadə etmək və bütün müqavilə öhdəliklərini yerinə yetirmək məsuliyyəti yada salınıb.

Davamlı sülhə nail olmaq üçün böyük səylər göstərən Azərbaycana güclü dəstək təsdiqlənib. Başda region dövlətləri olmaqla, məsələyə qarışan bütün aktorların fikir ayrılıqlarını dərinləşdirmək əvəzinə, davamlı həllə səmimi şəkildə töhfə verməli olduqları vurğulanıb”, – sənəddə qeyd olunub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın