Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev “Bellator”da rusiyalı Aleksandr Şabli ilə keçiriləcək görüşlə bağlı düşüncələrini bölüşüb.

YALAN.info bildirir ki, yüngül çəkidə (70 kq) mübarizə aparan Azərbaycanlı idmançı turnirdə tarix yazmaq arzusunda olduğunu söyləyib:

“Hər bir idmançının arzusudur ki, böyük liqalarda döyüşsün. Çətin olacağını bilirəm. Nəyin bahasına olursa-olsun uğura çatmaqdan ötrü əlimdən gələni edəcəyəm. İndi biz sırf Qran-priyə, Şabli ilə qarşıdakı döyüşə fokuslanmışıq. Şabli ayaq üstə yaxşı döyüşür, əl və ayaq zərbələri yaxşıdır. Güman edirəm ki, yaxşı döyüşümüz olacaq. Azarkeşlər qan görmək istəyirlər. Biz də çalışacağıq ki, ayaq üstə maraqlı döyüş göstərək. Mənim üçün böyük səhnədir. Tarix yazan idmançıların sırasında olmaq istəyirəm”.

Tofiq Musayevlə Aleksandr Şabli arasında döyüş martın 11-də ABŞ-nin San-Xose şəhərində keçiriləcək. “Bellator”un mükafat fondu 1 000 000 ABŞ dollarıdır. İndiyə qədər Şabli MMA-da keçirdiyi 25 görüşdə 22 qələbə, Musayev isə 22 döyüşdə 18 qələbə qazanıb.

BELLATOR MMA Lightweight World Grand Prix: Musayev vs. Shabliy PREVIEW
The BELLATOR MMA Lightweight World Grand Prix kicks off at #Bellator292
Öncəki xəbərESC2023: Tural & Turan qardaşları Liverpulda Azərbaycanı təmsil edəcəklər
Sonrakı xəbər“Qarabağ” FK Dünyanın ən güclü klubları sıralamasında 62-cidir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın