Tanınmış türkiyəli YouTuber Ruhi Çenet Azərbaycan-Ermənistan arasında gedən Qarabağ münaqişəsinə həsr olunmuş 2 video hazırlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, beş milyona yaxın izləyicisi olan Ruhi Çenet öz YouTube kanalında paylaşdığı videolarda Azərbaycan-Ermənistan cəbhə xəttində çəkilmiş görüntülərlə yanaşı cəbhə xəttindən uzaqda yaşayan mülki insanlara qarşı savaş cinayətlərini də anladıb.

İlk videoda ermənilərin Azərbaycanın dinc əhalisinə qarşı hücumları, özəlliklə Gəncəyə endirilmiş raket zərbələrinə münasibət bildirilib.

Ruhi Çenet həmçinin Gəncə şəhərində raket hücumu zamanı yaxınlarını itirmiş şəhər sakinləri ilə də görüşüb, videoda onların fikirlərinə geniş yer verilib.

https://www.youtube.com/watch?v=jE2fZOloaHc
AZERBAYCAN-ERMENİSTAN SAVAŞlNA GİTTİM!

Türkiyəli YouTuber işğaldan azad edilmiş Talış kəndində də olub. Buradakı mövqelərdə çəkiliş aparıb. Hətta çəkiliş zamanı təxminən 100 metr məsafədəki təpəyə düşmən tərəfindən artilleriya zərbəsi endirilib.

Diqqətçəkən daha bir məqam isə ermənilər tərəfindən istifadə olunan hərbi təyinatlı binalardan birində döyüş mövqelərinə aparan tuneller olub.

Videonun son hissəsində Ruhi Çenet erməni təcavüzünün qurbanı olmuş azyaşlı ilə bağlı məlumat verir.

https://www.youtube.com/watch?v=76n7ufceFIc
Azerbaycan-Ermenistan Cephe Hattına Gittim (TV’de Göremeyecekleriniz!)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın