Dünyaca məşhur britaniyalı müğənni Stinq və həyat yoldaşı Trudi Stayler (Trudie Styler) ukraynalılara kömək etmək qərarına gəliblər. Cütlük “HelpUkraine.center“ə böyük miqdarda ianə edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı ukraynalı iş adamı Andrey Stavnitser özünün “Facebook” səhifəsində xəbər verib.

“”HelpUkraine.Center”dəki işimizi dəstəkləmək üçün Stinq və onun həyat yoldaşı Trudi Staylerdən səxavətli maliyyə dəstəyi aldığımızı elan etməkdən məmnunuq. Bundan başqa, Stinq ailəsi Böyük Britaniyadan Polşadakı anbarımıza müharibənin əsarətində olan və münaqişələrdən qaçan uşaqlara, onların analarına lazım olan isti yorğanlar, paltarlar, həmçinin dərman və ərzaqdan ibarət böyük humanitar yardım partiyası göndəriblər”, – deyə Stavnitser bildirib.

KİMAndrey Stavnitser
MƏNBƏHelpUkraine.center
Öncəki xəbərBMT: Ukraynalı qaçqınların sayı 2,6 milyona çatıb
Sonrakı xəbərAzərbaycan-İran sazişi Ermənistanı yenidən düşünməyə vadar edəcək
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın