Fransanın paytaxtı Parisdə keçirilən “Junior Eurovision 2021” mahnı yarışması başa çatıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycanı sözügedən yarışmada “One of Those Days” mahnısı ilə Sona Əzizova təmsil edib. Toplam səslərin sayına görə 151 xal toplayan təmsilçimiz sonda beşinci yeri tutub.

İlk beşliyi Gürcüstan 4-cü (Niko Kajaia – Let’s Count The Smiles), Fransa 3-cü (Enzo – Tic Tac), Polşa 2-ci (Sara James – Somebody) və “Qami-Qami” mahnısını oxuyan Malena adlı Ermənistan təmsilçisi isə 1-ci yerdə tamamlayıb.

Yarışmada Azərbaycan, Albaniya, Almaniya, Bolqarıstan, Ermənistan, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, İspaniya, Qazaxıstan, Malta, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri qatılıb.

Xatırladaq ki, Azərbaycan bundan öncə “Junior Eurovision Song Contest”-də üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerləri tutub. Mahnı yarışmasında ölkəmiz bu il 3 illik aradan sonra təkrar iştirak edib.

Sona Azizova – One Of Those Days – LIVE – Azerbaijan 🇦🇿 – Junior Eurovision 2021
MƏNBƏJunior Eurovision
Öncəki xəbərAzərbaycan Ordusunun xüsusi təyinatlı bölmələri taktiki-xüsusi təlim keçirdi
Sonrakı xəbərFüzulidə qəbiristanlıqların dağıdılması ilə bağlı beynəlxalq qurumlara hesabat göndəriləcək
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın