Türkiyə “Bursaspor”undan ayrılan Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun yeni klubu “Sabah” oldu.

YALAN.info bildirir ki, 27 yaşlı yarımmüdafiəçi “Sabah” Futbol Klubu ilə 3 illik müqavilə bağlayıb. O, yeni komandasında 17 nömrəli formanı geyinəcək.

Onu da bildirək ki, Namik karyerası boyunca ölkəmizdə “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Neftçi” klublarında çıxış edib. Onun son komandası Türkiyə “Bursaspor”u olub. Komanda 2021/2022 mövsümünü Türkiyə 1-ci liqasında 17-ci yerdə başa vurub və 2-ci liqaya düşmüşdü. Reqlamentə görə, Türkiyə 2-ci liqasında legioner futbolçu oynaya bilməz. Bu səbəbdən klub legionerlərlə yolları ayırmalı olub.

Welcome, Namik Alaskarov!

Yada salaq ki, “Sabah” bundan öncə Gürcüstan millisinin üzvü Davit Volkovla heyətini gücləndirmişdi. 27 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlanıb. Karyerası boyunca Gürcüstanın “Qaqra” (2012/13), “Dinamo” (Tbilisi, 2013-2016), “Çixura” (2015/16), “Sioni” (2016), “Saburtalo” (2017-2018), Serbiyanın “Zemun” (2016/17), Azərbaycanın “Qəbələ” (2018-2020) və “Zirə” (2020-2022) klublarında oynamış Davit “Sabah”da 18 nömrəli formada çıxış edəcək.

WELCOME, DAVIT VOLKOV!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın