Moskvanın Basman rayon məhkəməsi Rusiyanın tanınmış publisisti Aleksandr Nevzorovun Sankt-Peterburqda, Fin körfəzi sahilində yerləşən torpaq sahəsinə həbs qoyulması barədə hökm çıxarıb.

YALAN.info bildirir ki, bununla bağlı məlumatı TASS agentliyi yayıb.

Bildirilib k, torpaq sahəsinin qiyməti indi 7,87 milyon rubldur (136 min dollara yaxın).

İstintaqın məlumatına görə, Nevzorov guya martın 9-da Instagram sosial şəbəkəsində (Meta korporasiyasının məhsulu Rusiya Federasiyasında ekstremist sayılır) və martın 19-da YouTube-da Rusiya Silahlı Qüvvələrinin Mariupoldakı doğum evini qəsdən atəşə tutması ilə bağlı yalan məlumatlar yayımlayıb. Paylaşımlarda raket atəşindən zərər çəkmiş mülki şəxslərin fotoşəkilləri də yayımlanıb.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi rəsmən görüntülərin yayılma mənbələri Ukrayna mediası olduğunu bildirərək, həmin məlumatın yalan olduğunu açıqlayıb. Daha sonra Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Nevzorovun Rusiya hərbçilərinin Ukraynada xüsusi hərbi əməliyyat keçirməsi ilə bağlı açıqlamalarını araşdırmağı tapşırıb. Yoxlama jurnalistə qarşı artıq başladılmış cinayət işi çərçivəsində aparılır.

Onu da bildirək ki, ötən həftə A.Nevzorov və xanımı Lidiya Nevzorova Ukrayna vətəndaşlığı alıb. Tanınmış publisist Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə qarşı çıxış edənlərdəndir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın