Rusiya Monteneqro Daxili İşlər Nazirliyinin dövlət katibi Zoran Milyaniçə Federasiyaya giriş qadağası tətbiq edir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi Monteneqronun Rusiya Federasiyasındakı səfirliyinə nota göndərib.

Qeyd edilir ki, bu Monteneqro hökumətinin 2021-ci ilin oktyabrında atdığı dostluğa sığmayan addımına görə – iş adamı Telman İsmayılova siyasi sığınacaq verilməsinə cavabdır.

Yada salaq ki, əslən azərbaycanlı olan Telman İsmayılov (AST Telman kimi də tanınır) “Rusiya Federasiyasının ərazisində xüsusilə ağır cinayətlər törətdiyinə görə” “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilib. İş adamı Monteneqroda siyasi sığınacaq aldıqdan sonra istintaq təcridxanasından sərbəst buraxılıb.

MƏNBƏTASS
Öncəki xəbərANAMA: Yevlaxda ermənilərin atdığı kasetli bombanın parlaması ilə bir nəfər ölüb
Sonrakı xəbərAzərbaycan Ordusunda yeni tədris ilinin təlim-məşqləri keçirilir 
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın