“Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 37 400 hərbçisi məhv edilib”.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook sosial şəbəkəsində paylaşım edib.

Məlumata görə, Rusiya Ordusunun başqa döyüş itkiləri 1645 tank, 3828 zirehli maşın, 838 artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 109 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 188 helikopter, 676 operativ-taktiki PUA, 155 qanadlı raket, 15 gəmi/qayıq, 2696 avtomobil və tanker, 66 xüsusi texnikadır.

Rusiya ordusunun daha çox Kramatorsk istiqamətində itkilər verdiyi qeyd edilib. 60-cı Əlahiddə Piyada Briqadası Xerson vilayətinin İvanovka kəndini işğalçılardan təmizləndiyini bildirib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov isə öz Twiter səhifəsində Qərbdən alınan silahların artıq müharibənin gedişatını dəyişiyini yazıb: “Qərbin silahları ilə son vaxtlar Rusiya ordusunun komanda məntəqələri, texnikaları və sursat anbarları məhv edilir. Biz hələ başlamamışıq”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın