Qırğızıstan Prezidenti Sadır Japarov Tacikistanla sərhəddəki durumu nəzarətdə saxladığını bildirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı dövlət başçısı Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Əziz qırğızıstanlılar! Sərhəddəki durum tamamilə mənim nəzarətimdədir. Allah qoysa, hər şeyi danışıqlar yolu ilə, sülh yolu ilə həll edəcəyik. Narahat olmayın”, – ölkə lideri öz Facebook hesabında yazıb.

Onu da bildirək ki, Qırğızıstan və Tacikistan iki ölkənin nümayəndələri arasında aparılan danışıqlardan sonra sərhəddə tam atəşkəs haqqında razılığa gəliblər. İki ölkənin sərhədində dünən baş verən atışma zamanı 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qırğızıstan tərəfinin məlumatına görə, atışma Tacikistan sərhədçiləri tərəfindən həyata keçirilib. Ancaq Düşənbə bununla razılaşmır və toqquşmanın onların vətəndaşlarının avtomobillərinə hücumla törədildiyini bildirir.

Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu təxminən 950 km-dir, Sovet İttifaqının dağılmasından sonra sərhəddə onlarla mübahisəli hissələr qalıb. Demarkasiya və delimitasiya üzrə danışıqlar prosesi 2002-ci ildə intensivləşib və o vaxtdan indiyədək komissiyaların və işçi qrupların iki yüzə yaxın toplantısı keçirilib. indi sərhədin delimitasiyası və demarkasiyası prosesində sərhəddən keçən xəttin 550 km-ə yaxını artıq təsvir edilib. Ancaq indiyədək iki ölkənin sərhədində yerli sakinlər arasında bəzən münaqişələr yaranır ki, bu da tez-tez atışmalarla izlənilir.

KİMQırğızıstan Prezidenti Sadır Japarov
MƏNBƏFacebook
Öncəki xəbərMələkxanım Eyyubovanın qızı: Anam müğənni olmağımı istəmədi
Sonrakı xəbərAraşdırma: Rusiyanın oyun qaydalarını yalnız Putin bilir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın