Ağdamın “Qarabağ” Futbol Klubu Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümün qalibi olub.

YALAN.info bildirir ki, ağdamlılar XXV turda evdə “Sabah”la 1:1 hesablı heç-heçə edərək, sona 3 tur qalmış 9-cu çempionluğunu rəsmiləşdirib.

Hesabı 47-ci dəqiqədə Kadi Borgesin qolu ilə “köhlən atlar” açıb. 59-cu dəqiqədə qırmızı vərəqə alan Patrik Andrade Ağdam klubunu azlıqda qoyub. Bundan maksimum yararlanan qonaqlar 1 dəqiqə sonra cərimə zərbəsindən tarazlığı bərpa ediblər. Kristian Silva fərqlənərək, son hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 59-a çatdıran “Qarabağ” FK ən yaxın izləyicisi “Neftçi”ni 12 xal qabaqlayır. Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin ehtiyatda daha bir oyunu var. “Sabah” isə 36 xalla 4-cü yerdəki mövqeyini qoruyub.

Onu da bildirək ki, “köhlən atlar” bu göstəricidə “Neftçi”yə çatıb. Bu, Ağdam klubunun Qurban Qurbanovun rəhbərliyi altında 8-ci çempionluğudur. “Qarabağ” FK daha öncə 1993-cü ildə, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020 mövsümlərində qızıl medallara sahib çıxıb.

Azərbaycan Premyer Liqası 2021/2022 XXV tur “Qarabağ” 1-1 “Sabah”
Baş məşqçimiz Qurban Qurbanovun “Sabah”la oyundan sonra mətbuat konfransında fikirləri

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın