Milli Məçlisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın mədəniyyət paytaxtı sayılan qədim Şuşa şəhərində doğulmuş, yaşayıb yaratmış görkəmli şəxslərin – Xurşudbanu Natəvan, Mehmandarovlar, Mirzə Sadıq (Sadıqcan) və Əhməd bəy Ağaoğlunun ermənilər tərəfindən dağıdılmış evlərinin qalıqlarını ziyarət edib və bütün dünyanı erməni vandalizmini görməyə çağırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Qənirə Paşayeva Şuşada doğulmuş, Şuşada yaşayıb-yaratmış görkəmli şair, dövrünün tanınmış aydını, xeyriyyəçi, ictimai-siyasi xadim Xurşudbanu Natəvanın evini ziyarət etdi.

Qədim Şuşa şəhərində böyük aydınımız Xurşudbanu Natəvanın ermənilər tərəfindən dağıdılmış evi

Daha sonra parlamentin deputatı Azərbaycan xalqının qədim və tanınmış soylarından biri – mədəniyyət paytaxtımız Şuşada doğulmuş Mehmandarovların evini (ev muzeyini) ziyarət etdi. Şuşa ilə birlikdə Mehmandarovların evinin də işğalçı Ermənistanın vandalizminin dəhşətlərini gördüyünü vurğulayıb.

Azərbaycanın qədim Şuşa şəhərində Mehmandarovların ermənilər tərəfindən dağıdılmış evi

Mədəniyyət paytaxtımız olan qədim Şuşamızda doğulmuş görkəmli sənətkar – tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən Mirzə Sadıqın (Sadıqcan) evinə də baş çəkən deputat verğulayıb ki, bu ev, bu mülk də işğalçı Ermənistan vandalizminin dəhşətlərini görüb.

Azərbaycanın qədim Şuşa şəhərində böyük sənətkarımız Sadıqcanın ermənilər tərəfindən dağıdılmış evi

Sonra Qənirə Paşayeva Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, jurnalist, pedaqoq, yazıçı, türkoloq, liberal Kamalizmin banisi Əhməd bəy Ağaoğlunun evini ziyarət etdi.

Qədim Şuşa şəhərində böyük aydınımız Əhməd bəy Ağaoğlunun ermənilər tərəfindən dağıdılmış evi

Milli Məçlisin Mədəniyyət Komitəsinin sədri bildirib ki, Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edilmiş əziz Şuşamızda böyük quruculuq, abadlıq işləri aparılır. Qənirə Paşayevanın sözlərinə görə, çox yaxın zamanlarda gözəl Şuşamız bütün dünyada ən gözəl mədəniyyət şəhərlərindən biri kimi tanınacaq və tanınmış Şuşalıların evləri də çox qısa zamanda təmir-bərpa işləri aparılaraq insanların ziyarətinə açılacaq. Ancaq erməni vandalizmini, erməni faşizminin iç üzünü görmək, duymaq istəməyənlərə gerçəklikləri hər bir azərbaycanlı yorulmadan çatdırmalıdır. Çünki ermənilərin əsl məqsədi işğal etdikləri torpaqlarımızdan xalqımızın tarixini və mədəniyyətini tamamilə silmək olub. Bu dəhşətli barbarlığı bütün dünyaya daha çox duyurmalıyıq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın