Milli Məçlisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın mədəniyyət paytaxtı sayılan qədim Şuşa şəhərində doğulmuş, yaşayıb yaratmış görkəmli şəxslərin evlərini ziyarət edib və bütün dünyanı erməni vandalizmini görməyə çağırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Q.Paşayeva Şuşa şəhərində böyük yazıçı, dramaturq, ictimai-siyasi və teatr xadimi, pedoqoq, ədəbiyyatşünas, böyük şəxsiyyətlərimizdən biri Əbdürrəhim bəy Haqverdiyev, maarifçi, pedoqoq, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi Firidun bəy Köçərli və şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat, musiqişünas, böyük alim Mir Möhsün Nəvvabın dağıdılmış evlərini ziyarət edib.

Mir Möhsün Nəvvabın irsi və xatirəsinin qədim Şuşada ən yüksək səviyyədə yaşamağa davam edəcəyinə əminliyini bildirən MM-in Mədəniyyət Komitəsinin sədri bütün dünyanı erməni vəhşiliyini görməyə çağırıb:

İşğalçı Ermənistan vandalizminin, barbarlığının dəhşətlərini görüb bu evlər, bu mülklər… Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edilmiş əziz Şuşamızda böyük quruculuq, abadlıq işləri aparılır. Biz əminik ki, çox yaxın zamanlarda gözəl Şuşamız bütün dünyada ən gözəl mədəniyyət şəhərlərindən biri kimi tanınacaq və ona da əminik ki, Əbdürrəhim bəy Haqverdiyevin və Firidun bəy Köçərlinin evləri də çox qısa zamanda təmir-bərpa işləri aparılaraq insanların ziyarətinə açılacaq.

Bu gün hörmətli Mehriban xanımın rəhbərliyi altında Heydər Əliyev Fondu bu istiqamətlərdə çox önəmli işlər görür və inanırıq ki, Əbdürrəhim bəy Haqverdiyevin və Firidun bəy Köçərlinin xatirələri qədim Şuşada ən yüksək səviyyədə yaşamaqda davam edəcək. Amma erməni vandalizmini, erməni faşizminin iç üzünü görmək, duymaq istəməyənlərə gerçəklikləri hər bir azərbaycanlı yorulmadan çatdırmalıdır. Çünki ermənilərin əsl məqsədi işğal etdikləri torpaqlarımızdan xalqımızın tarixini və mədəniyyətini tamamilə silmək olub. Bu dəhşətli barbarlığı bütün dünyaya daha çox duyurmalıyıq.

Azərbaycanın qədim Şuşa şəhərində böyük alim Mir Möhsün Nəvvabın ermənilər tərəfindən dağıdılmış evi
Qədim Şuşamızda böyük aydınlar Ə.Haqverdiyev və F.Köçərlinin ermənilər tərəfindən dağıdılmış evləri

Qənirə Paşayeva Şuşada böyük Bülbülün ev-muzeyini ziyarət edib

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Şuşada böyük Bülbülün ev-muzeyini ziyarət edib.

Millət vəkili Bülbülün ev muzeyində sərgilənən büstlərinə diqqət çəkərək, bunun erməni vandalizminin nümayişi olduğunu vurğulayıb. Belə ki, Bülbülün ev muzeyində dahi sənətkarın yeni büstü ilə yanaşı onun ermənilər tərəfindən 1992-ci ildə işğal zamanı güllələnən büstü də qoyulub.

Millət vəkili bildirib ki, Bülbülün ev muzeyinin təmiri artıq başa çatmaq üzrədir və ziyarətçilərin üzünə açılıb.

“Bülbülün evinin, ev muzeyinin bağçasından bir neçə ağ gül dərdim onun məzarına qoymaq üçün. Ruhu şad olsun!” – millət vəkili vurğulayıb.

Azərbaycanın qədim Şuşa şəhərində böyük sənətkarımız Bülbülün ermənilər tərəfindən dağıdılmış evi

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın