Rusiyanın Ukrayna ordusuna verilən xarici tanklara, o cümlədən də Almaniyanın “Leopard”larına cavab vermək üçün vasitələri var.

YALAN.info bildirir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Stalinqrad döyüşündə əldə edilən qələbənin 80-illiyinə həsr edilmiş toplantıda deyib.

“Bizim cavab verməyə vasitələrimiz var və məsələ zirehli texnikanın tətbiqi ilə bitməyəcək“, – deyə Prezident vurğulayıb. Putinin sözlərinə görə, Rusiyaya qarşı elan edilməmiş müharibə aparan qüvvələr sərt cavabla üzləşəcəklər. “Biz öz tanklarımızı onların sərhədlərinə göndərmirik, ancaq bizim cavab verməyə vasitəmiz var“, – deyə o əlavə edib.

Rusiya prezidenti həmçinin deyib ki, nasizm ideologiyası Rusiya təhlükəsizliyinə qarşı birbaşa təhdidlər yaradır. “Təəssüf ki, indi nasizm ideologiyasının artıq özünün müasir qiyafəsində, müasir təzahüründə yenidən ölkəmizin təhlükəsizliyinə qarşı birbaşa təhdidlər yaratdığını görürük. Biz yenə və yenidən kollektiv Qərbin aqressiyasına qarşı müqavimət göstərmək məcburiyyətindəyik“, – deyə o vurğulayıb.

“İnanılmaz olsa da, faktdır: bizi yenidən üzərində xaç olan alman “Leopard” tankları ilə hədələyirlər. Və yenidən Ukrayna torpağında banderaçıların əlləri ilə Rusiyaya qarşı vuruşmağa hazırlaşırlar“, – deyə Putin bildirib. O, altını cızaraq deyib ki, “dost olmayan Qərb elitalarının mahiyyətcə rəsmi satılmış təbliğatına baxmayaraq, bizim çoxlu dostlarımız var. Özü də, dünyanın hər bir yerində, o cümlədən də Amerika qitəsində, Şimali Amerikada, Avropada” və rəsmi Moskva bunu bilir.

“Ancaq Avropa ölkələrini, o cümlədən də Almaniyanı yeni müharibəyə sürükləyənlər, üstəlik də məsuliyyətsizcəsinə bunun baş vermiş fakt olması ilə bağlı bəyanat verənlər, döyüş meydanında Rusiya üzərində qələbəyə güman edənlər, görünür ki, Rusiyaya qarşı müasir müharibənin tamamilə başqa cür olacağını anlamırlar“, – deyə o əlavə edib.

Peskov: “Rusiya öz potensialından maksimum istifadə edəcək”

Dmitri Peskov və Putin
Dmitri Peskov və Putin

Dmitri Peskov Putinin Stalinqrad döyüşündəki qələbəsinin 80-ci ildönümü münasibətilə keçirilən toplantıda etdiyi çıxışda Qərbin Ukraynaya silah tədarükünə qarşı verdiyi mesaja aydınlıq gətirib. Rusiya Prezidentinin sözçüsü bildirib ki, Prezident Vladimir Putin “Qərb Ukraynaya silah tədarük etdikcə, Rusiya öz potensialından maksimum istifadə edəcək” mesajını verib.

Rusiya Prezidentinin sözçüsü deyib: “Bu mesaj o deməkdir ki, Rusiyanın potensialı var və Qərb tərəfindən tədarük edilən yeni silahlar ortaya çıxdıqca, Rusiya xüsusi hərbi əməliyyat çərçivəsində lazımi cavabı vermək üçün mövcud potensialından maksimum istifadə edəcək”.

Öncəki xəbərTürkiyədə zəlzələdə ölənlərin sayı 1651 nəfərə çatıb, 11 119 nəfər yaralanıb
Sonrakı xəbərUkrayna Radası Saakaşvilinin azad edilməsi tələbi ilə Gürcüstana müraciət etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın