“NATO Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Şimali Atlantika Alyansının (NATO) Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Piriz (Javier Colomina Piriz) öz Twitter səhifəsində yazıb.

“NATO bölgədə sabitliyin yaranmasına yardım edəcək Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir. Biz rəsmi Ankara və İrəvanı bu yöndə çalışmalarını artırmağa çağırırıq”, – o bildirib.

Onu da yada salaq ki, yanvarın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıc ilə Ermənistan təmsilçisi Ruben Rubenyan arasında ilk görüş keçirilib.

KİMJavier Colomina Piriz
MƏNBƏTwitter
Öncəki xəbərTürkiyə Ordusu şəhidlərin qisasını aldı: 44 terrorçu zərərsizləşdirildi
Sonrakı xəbərKirayə qaldığı evdən son mənzilə köçən sənətçi: Əməkdar artist Novruz Qartal
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın