Şimali Atlantika Alyansının (NATO) baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya RF-NATO-nun təsis aktını üç dəfə pozub və anlaşma artıq qüvvədən düşüb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Yens Stoltenberq bununla bağlı brifinqdə məlumat verib.

“Rusiya Avropada sülhü məhv edib və indi Ukrayna xalqı Rusiyanın təcavüzü qarşısında öz azadlığı uğrunda mübarizə aparır. NATO Rusiyanı bu anlamsız müharibəyə dərhal son qoymağa, qoşunlarını Ukraynadan çıxarmağa və dialoq yoluna qayıtmağa çağırır.

Rusiya təcavüzkardır və Belarus da bu işə töhfə verir. Prezident Vladimir Putin Ukraynanı işğal etmək qərarına gəlib və bu, Rusiyaya çox baha başa gələcək dəhşətli strateji səhvdir”, – NATO baş katibi bəyan edib.

O əlavə edib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatı Rusiyanın strateji təhlükəsizliyini gücləndirməyəcək.

“Rusiyanın əsas məqsədi Kiyevdə hakimiyyəti dəyişməkdir. Rusiya həmçinin NATO qüvvələrini Şərqi Avropadan çıxarmağa çalışır. NATO Ukrayna, Gürcüstan, Moldova, eləcə də Bosniya və Herseqovinaya demokratik islahatların aparılması üçün daha çox yardım göstərmək niyyətindədir.

NATO əlavə olaraq alyansın şərqində minlərlə hərbi qulluqçu, yüksək hazırlıq vəziyyətində olan 100-dən çox təyyarə və 120-dən çox gəmi yerləşdirib. Hərbi alyans və Avropa Birliyi özləri üçün itkilər olsa belə, Rusiyaya qarşı sanksiyalar siyasətini davam etdirmək niyyətindədir”, – Stoltenberq deyib.

Alyans rəhbəri vurğulayıb ki, NATO hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, Ukraynaya silah tədarükünü davam etdirəcək.

Stoltenberq: Biz hər bir müttəfiqimizi qoruyuruq – BAKU TV

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın