Azərbaycan Respublikası Müdafiə Nazirliyi sosial şəbəkədə yayılan yalan məlumatlara münasibət bildirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Nazirlikdən verilən məlumata görə, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun guya qar uçqunu altında qalması nəticəsində xəsarət alması ilə bağlı məlumatlar yayılıb.

“Bildiririk ki, xəbər yalandır və həqiqəti əks etdirmir. KİV nümayəndələrinə bir daha müraciət edərək rəsmi təsdiqini tapmayan məlumatları yaymamağı tövsiyə edirik”, – Nazirlik qeyd edib.

Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun hərbi maşını qəzaya düşüb, iki nəfər xəsarət alıb. Bu gün saat 17.40-da hərbi maşının idarəetməni itirməsi nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Abdullayev Ceyhun Hüseyn oğlu və əsgər Həsənzadə Süleyman Əli oğlu yüngül xəsarət alıb. Hər iki hərbi qulluqçumuzun həyatları üçün heç bir təhlükə yoxdur.

MƏNBƏOxu.az
Öncəki xəbərMakron Fransa prezidentliyinə namizəd olmaq istədiyini bildirib
Sonrakı xəbərQazaxıstan Respublikasında bütün ölkə üzrə fövqəladə vəziyyət elan edildi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın